VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən gün gömrük əməkdaşları Bakı-Moskva aviareysilə gedən Rusiya vətəndaşının üzərindən külli miqdarda zərgərlik məmulatları aşkarlamışdı.

BAKU.WS xəbər verir ki, Xəzər televiziyasına müraciət edən Mingəçevir sakini həmin zinət əşyalarının bəzilərinin ona məxsus olduğunu iddia edib. Bildirib ki, bir qadın onun oğlunun başına pis hadisə gələcəyini deyərək aldadıb, pulunu və qızıllarını alaraq aradan çıxıb.

Aldadılaraq əlindən alınan qızıllarını xəbərlərdə görərək tanıyıb.

Mingəçevir sakini iddia edir ki, ötən gün aeroprtda saxlanılan qadının üzərindən aşkar edilən zinət əşyalarının bəzisi ona məxsusdur. Tünzalə Mustafayeva bildirir ki, həmin qadın onu aldadaraq oğluna zərər gələcəyini deyib və pulunu, qızıllarını aparıb.

Belə ki, ötən ilin noyabr ayında təxminən 40-45 yaşlarında olan qadın zərərçəkənin evinə gələrək Gəncə şəhərində yaşadığını və hər kəsin etibar etdiyi bir şəxs olduğunu bildirib.

Fırıldaqçı Mingəçevir sakininə övladının üzərində ağırlıq olduğunu, ona zərər gələcəyini bildirib. Bundan azad olmaq üçün isə Tünzalə Mustafayevadan 55 manat nəğd pul alıb. Ancaq ağırlığı götürmək üçün əlavə qiymətli şeylər istəyib.

Qiymətli əşyaları götürəndən sonra isə qadın Tünzalə Musayevaya övladının üstündən ağırlıqları götürüb saat yarım ərzində qayıdacağını deyib. Ancaq verdiyi bu əmələ vəd etməyərək aradan çıxıb.

Fırıldaqçı qadının toruna düşən Tünzalə Mustafeyava aradan xeyli vaxt keçəndən sonra xəbərlərdə oğurlanan sırğaların ona məxsus olduğunu gördüyünü deyir. Qadın iddia edir ki, həmin kadrlarda göstərilən kəpənək formalı qızıllar ona ona aiddir.

Xeyli ziyana düşən Mingəçevir sakini hər kəsi diqqətli olmağa və belə fırıldaqçılara aldanmamağa çağırıb.

BAKU.WS