SİZİN REKLAM BURADA!
055 213 76 73



Hacıqabul rayonunda baş verən yol qəzasında xəsarət alan şəxslərin adı məlum olub.

“Report”-un Mil-Muğan bürosunun məlumatına görə, Baki-Qazax magistralının 82-ci kilometrliyində, rayonun Atbulaq kəndi ərazisində qeydə alınan ağır yol-nqəliyyat hadisəsi zamanı 5 nəfər xəsarət alıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralılar təcili tibbi yardım maşınları ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Şirvan şəhər sakini, Elman Murad oğlu Muradov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarındakı avtobus dayanacağına çırpılıb, zərbənin gücündən avtomobil aşaraq deformasiyaya uğrayıb.

Yaralılar:

Şirvan şəhər sakini, 1964-cü il təvəllüdlü Elman Murad oğlu Muradov,

Bakı şəhər sakini, 1966-ci il təvəllüdlü Vüsalə Bayram qızı Bəbirova,

Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Əfsanə Ədalət qız Quliyeva,

Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Xəyal Murad oğlu Poladov.

BAKU.WS