SİZİN REKLAM BURADA!
055 213 76 73



187 nömrəli müntəzəm marşrut xətti üzrə (Zirə qəsəbəsi-Koroğlu metrostansiyası) avtobusun sürücüsünün hərəkətdə olan zaman mobil telefondan istifadə edərək yol hərəkəti qaydalarının kobud şəkildə pozub.

BAKU.WS xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti məlumat yayıb. Verilən məlumatda bildirilir ki, bu məsələ nəzarətə götürülərək araşdırılıb.

Qayda pozan avtobus sürücüsünün Əliyev Natiq Babal oğlu olduğu müəyyən edilib.

Törətdiyi xətalara görə barəsində müvafiq inzibati tədbirlərin görülməsi üçün sürücünün sənədləri və digə zəruri məlumatlar Dövlət Yol Polisinə təqdim edilib. İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə (təhlükəsizlik kəmərini bağlamadan avtobusu idarə etdiyinə) görə

və 342.6-cı maddəsinə (nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etdiyinə) görə sürücü Natiq Əliyevə qarşı inzibati xəta haqqında protokol tərtib edilib.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən daşıyıcı şirkətə də ciddi xəbərdarlıq edilib.

BAKU.WS