SİZİN REKLAM BURADA!
055 213 76 73





Şəmkir rayonu Qaracəmilli kənd sakini Ataşov Zeynal Ramiz oğlu gecə yatdığı zaman həyat yoldaşı Gülnarə Kazımova Zakir qızına butulka ilə ağır xəsarətlər yetirib.

BAKU.WS xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İB-nin sədri Mehriban Zeynalova məlumat verib:

"Dünən gecə saatlarında bu xanımın şəklini bizə göndəriblər. Qadın gecə yatdığı zaman əri butulka ilə başına vurub və agır xəsarət yetirib. Ərinin içki aludəcisi olduğunu bildirdilər. Polis hazırda əri saxlayıb. Qadına sığınacağa gəlməyi təklif etdik və qərarını gözləyirik".

1985-ci il təvəllüdlü Kazımova bir qız və bir oğul anasıdır.

Zülfiyyə Qurbanova
BAKU.WS