SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün saat 17 radələrində Binəqədi-Balaxanı yolunda nəqliyyat hadisəsi baş verib.


Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev BAKU.WS-ə bildirib. Onun sözlərinə görə, “Qazel” markalı nəqliyyat vasitəsini daşıyan təxliyyə avtomobili 108 B nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusla toqquşub.

“Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerinə yollanıb və araşdırmalara başlanılıb. Qəza zamanı avtobusun sürücüsü və bir nəfər sərnişin xəsarət alıb.

Hadisə təxliyyə avtomobili sürücüsünün dönmə əməliyyatını düzgün icra etməməsi səbəbindən baş verib”, - deyə qurum rəsmisi bildirib.

Ziya SƏCCAD
BAKU.WS