Bərdə rayonunda 3 avtomobilin toqquşması, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS
 report-a istinadən xəbər verir ki, hadisə Koroğlu küçəsində qeydə alınıb.


32 yaşlı yaşlı Mirzəyev Emil Kamil oğlu "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə "Mercedes" və "Nissan" markalı minik avtomobillərinə, sonra isə yoldan çıxaraq yanacaqdoldurma məntəqəsinin ofisinə çırpılıb.


Qəza nəticəsində avtomobilin sürücüsü E.Mirzəyəv və sərnişin Mobilli Rəvan Kamil oğlu xəsarət alıblar. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onların vəziyyətini ağır qiymətləndirir.


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Ərazidə müayinə aparılıb və qəzaya uğramış avtomobil cərimə meydançasına yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.


BAKU.WS