Ucar rayonunda minik avtomobili yük avtomobili ilə toqquşub. Hadisə nətisində 2 nəfər ölüb ,3 nəfər isə yaralanıb. Bakıda da sərnişin avtobusu idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Minik avtomobilinin yük maşınına çırpılması iki nəfərin həyatına son qoydu.

Hadisə səhər saatlarında Bakı-Qazax avtomobil yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Xaçmaz rayon sakini FizuliFətəliyevin idarə etdiyiminik avtomobili yük avtomobilinə çırpılıb. Nəticədə Fizuli Fətəliyev və minik avtomobilində olan digər sərnişinlər, Xaçmaz rayon sakinləri - 2008-ci il təvəllüdlü İsmayıl Məmmədov və 1981-ci il təvəllüdlü YeganəMəmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Ölən şəxslərin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Bakıda isə Bakıxanov qəsəbəsindən Neftçilər metrostansiyasına doğru hərəkət edən 185 saylı avtobus işıq dirəyinə çırpılıb.Qəza nəticəsində sərnişinlərdən biri xəsarət alıb.

İlkin ehtimallara görə qəzaya səbəb avtobusun yüksək sürətlə ötmə əməliyyatı etmək istəməsi olub.İdaretmədən çıxan avtobus səkinin üzəri ilə sürüşərək işıq dirəyinə dəydikdən sonra dayanıb.Faktla bağlı araşdırma aparılır.

BAKU.WS