SİZİN REKLAM BURADA!
055 213 76 73



Abşeron rayonunun Aşağı Güzdəkqəsəbəsində oğurluq hadisəsi baş verib.


BAKU.WS-in “Report”a istinadən məlumatına görı, polisin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində Aşağı Güzdək qəsəbəsində fərdi yaşayış evindən 40 min manat dəyərində oğurluq edən Ramiz Bağırov saxlanılıb.

Araşdırma zamanı məlum olub, saxlanılan şəxs öz həmkəndlisinin evinə girməklə, oradan müxtəlif növdə xalçalar, çılçıraqlar və digər qiymətli əşyalar oğurlayıb. Ümumilikdə vətəndaşa 40 min manat maddi ziyan dəyib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bundan əvvəl Abşeronda “Playstation” salonlarından oğurluq edən dəstə üzvləri saxlanılıb.

BAKU.WS