SİZİN REKLAM BURADA!
055 213 76 73



Gecə saatlarında paytaxtın Keşlə qəsəbəsində güllələnmə hadisəsi baş verib.

BAKU.WS-in Minval.info-ya istinadən verdiyi məlumatına görə,10 TO 170 dövlət nömrə nişanlı "Hyundai Elantra” markalı maşın arxadan atəş açılaraq saxlanılıb.

Avtomobildə olan – 1991-ci il təvəllüdlü Tural Babayev və 1988-ci il təvəllüdlü Asif Bağırov elə salondaca güllələnib.

Tural Babayev hadisə yerində dünyasını dəyişib, Asif Bağırov isə 1 saylı Şəhər Kliniki Xəstəxanası çatdırılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Hadisə ilə bağlı hələlik saxlanılan yoxdur.

BAKU.WS