Şəmkir rayonunda yol qəzası baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1 nəfərin öldüyü, daha 3 nəfərin isə yaralandığı bildirilir. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS