SİZİN REKLAM BURADA!
055 213 76 73



Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi olub.

BAKU.WS oxu.az-a istinadən bildirir ki, qəza şəhərin girişində, Sülh küçəsində baş verib.

Bakıdan Sumqayıta gələn "Mercedes" markalı minik avtomobili şəhərin girişində həmin istiqamətdə hərəkət edən "Toyota Prado" markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. Nəticədə şəhərin girişində tıxac yaranıb.

BAKU.WS