VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün Bakının Nəsimi rayonu ərazisində bir nəfər özünü öldürmək istəyib.

BAKU.WS xəbər verir ki, bir nəfər özünü 3-cü mikrorayon körpüsündən atmaq istəyib. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinə məlumat verilib.

Qurumdan BAKU.WS-ə verilən məlumata görə, xilasedicilər hadisə yerinə gedənə qədər vətəndaşlar özünü körpüdən atmaq istəyən şəxsi fikrindən daşındıra biliblər.

İntihar etmək istəyən şəxsin qadın olduğu bildirilir.

Ziya SƏCCAD
BAKU.WS