SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda yaşayış binasının həyətində təxminən 15 metr uzunluğunda istinad divarı uçub. Hadisə zamanı xəsarət alan olmasa da, bir avtomobilə ziyan dəyib.

Hadisə paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsi 21 ünvanında baş verib. Ötən gecə həmin ünvanda yerləşən doqquzmərtəbəli yaşayış binasının həyətində istinad divarı uçub. Uçqun zamanı binanın beton panellərindən biri binanın həyətində park edilən bir minik avtomobilinə ziyan vurub.

Hadisə zamanı istinad divarının üzərindən keçən istilik xətti də zədələnib. Bu səbəbdən yaşayış binasına istiliyin verilməsi dayandırılıb.

Hadisə yerinə "Azərsu" və "Azəristiliktəchizat" Açıq Səhmdar cəmiyyətlərinin, eləcə də ərazi üzrə Mənzil- Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları gəliblər. Xətai rayon Su-Kanal İdarəsinin rəisi Etibar İbrahimovun sözlərinə görə, uçquna yağan yağışlar zamanı torpaq qatının yuyulması səbəb olub.

Qurum rəsmisi bildirdi ki, problem sabaha kimi aradan qaldırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS