VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Cəlilabad rayonunda 11-ci sinif şagirdi Hüseynov Oruc Atif oğlu itkin düşüb. Dekabrın 8-də evdən çıxan məktəbli bir daha geri qayıtmayıb. Atif Hüseynov 18 gündür ki, övladından xəbərsizdir. Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilsə də, məktəblinin harada olduğu bilinmir.

BAKU.WS
xəbər verir ki, Atif Hüseynov azvision.az -a bildirib ki, oğlu Orucun heç bir problemi olmayıb, onun hansı səbəbdən evi tərk etməsi qaranlıq qalır.


"Nə məktəbdə, nə də evimizdə problem olub. Oruc evin tək oğludur, həmişə ona qayğı ilə yanaşmışıq. Biz normal ailəyik, problemimiz olmayıb. Həmçinin aramızda heç bir narazılıq olmayıb. Oxuduğu məktəbin müəllim və şagirdlərindən izahat alınıb. Hələ nəticə yoxdur. Hadisə altıncı gün olub. Mən usta işləyirəm. Oruc şənbə-bazar günlərində mənə kömək edirdi. İşdən çıxandan sonra pul verdim ki, oğlum, evə çörək və digər ərzaq al, mən də gəlirəm. Evə bazarlıq edib anasına verib, sonra evdən çıxıb. Beş dəqiqədən sonra evdən zəng ediblər, telefonuna zəng çatmayıb. O gedən gedib".


Atasının dediyinə görə, itkin düşən oğlu dindardır. Araşdırma zamanı məlum olub ki, O. Hüseynov ölkə xaricinə çıxmayıb.


"Bir adam demir ki, mən onu filan yerdə görmüşəm. Kimə salam veribsə, polis onlardan izahat alıb. Sanki buxarlanıb, yoxa çıxıb. Bir Allah bəndəsi onu avtobusa, maşına minən yerdə, yol keçəndə görməyib. Oğlum bir anın içində yoxa çıxıb. Sevdiyi qız yox idi, olsa da, bizə deməzdi. Abır-həyalı uşaqdır. Dostlarının hamısını tanıyıram, dindar uşaqlardır. Oğlum özü də dindardır, bir dəfə Kərbəlada, iki dəfə Məşhəddə olub. Kərbəladan təzə gəlmişdi”, - deyə A. Hüseynov bildirib.


O. Hüseynovu görənlərdən aşağıdakı nömrə ilə əlaqə saxlamaları xahiş olunur: 051 546 52 23


BAKU.WS