SİZİN REKLAM BURADA!
055 213 76 73



Saatlı rayonunda piyadanı avtomobillə vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında rayonun Qıraqlı kəndində baş verib.


Kənd sakini Eldəniz Babayev yolu keçmək istəyərkən naməlum avtomobil onu vuraraq hadisə yerindən uzaqlaşıb. Avtoqəza nəticəsində E.Babayev müxtəlif bədən xəsarətləri alaraq daha sonra xəstəxanaya yerləşdirilib.


Çox keçmədən Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Saatlı rayon sakini Elşən Ağazadə saxlanılıb.


Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.


BAKU.WS