SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda gənc oğlan küçədə bıçaqlanıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Rayon sakini, 1994-cü il təvəllüdlü Tanrıverdiyev Rəhim Rauf oğlu küçədə kürək nahiyəsindən bıçaqlanıb.

Yaralı Kliniki Tibbi Mərkəzə çatdırılıb və əməliyyat olunub.

Hadisənin kim tərəfindən və nə məqsədlə törədildiyi məlum deyil.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

BAKU.WS