SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhərinin Nəsimi rayonunda “Hilton” otelində yanğın olması barədə FHN məlumat yayıb.

BAKU.WS xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri qeyd olunan ünvana cəlb olunub.

Yanğın nəticəsində otelin 1-ci mərtəbəsində yerləşən mətbəxdə elektrik sobasının üzərində yağ qalıqları yanıb.

Yanğın yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi söndürülüb.

VİDEO: primetime.az
BAKU.WS