VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda hoteldə yanğın hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Neftçilər prospektindəki "Hilton" hoteldə baş verib.

Hotelin qazanxanasının tüstü bacasında qəfil yanğın baş verib.

Hadisə nəticəsində hoteldə olanlar təxliyə olunub və hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib.

Qısa müddətdə yanğının qarşısı alınıb.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Fövqəladə Hallar Nazirliyindən faktı təsdiqləyiblər.

BAKU.WS