VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bacısını 3 övladının gözü qarşısında öldürən qardaş Ali Məhkəməyə müraciət edib.

“Ölkə.Az”ın məlumatına görə, cinayət məcəlləsinin 120-ci maddəsi ilə məhkum olunan Davıdov Elşad Anatoli oğlunun Ali Məhkəmədə keçiriləcək məhkəmə prosesinə hakim Hafiz Nəsibov sədrlik edəcək.

Qeyd edək ki,qanlı cinayət hadisəsi 2016-cı il aprel ayının 16-də Bakının Nizami rayonunda törədilib. İttiham aktına görə, qardaşı tərəfindən qətlə yetirilən 34 yaşlı Davıdova Turanə Anatoli qızının qardaşı Elşad ilə münaqişəsi yaranıb. Münaqişəyə Turanə Davıdovanın ərə getmək istəməsi səbəb olub.

Qeyd edək ki, Davıdovlar əslən Ağdam rayonundadırlar və Bakıda məcburi köçkün kimi məskunlaşıblar. Turanə Davıdova indiyədək iki dəfə ərdə olub. Onun ikinci həyat yoldaşı 2015-ci ilin yanvarında intihar edib. Bundan sonra qadın 3 övladı ilə birlikdə Naxçıvanski küçəsindəki kirayədə yaşayıb. Bir müddət əvvəl Turanə Davıdova bir kişi ilə tanış olub və onlar bir evdə yaşamağa başlayıb.

Turanə Davıdovanın bundan narazı qalan qardaşı Elşad onun kirayədə qaldığı evə gəlib. Həmin vaxt qadının nikahsız yaşadığı sevgilisi də evdə olub. Elşad ondan evi tərk etməsini istəyib və bacısı ilə söhbətinin olduğunu bildirib. Qardaş və bacı arasında mübahisə davaya çevrilib. Elşad bacısını döş qəfəsindən bıçaqlayıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə baş verən zaman Turanə Davıdovanın azyaşlı üç övladı da evdə olub. Uşaqlar köməyə qonşuları çağırmaq istəsələr də, Elşad Davıdov buna mane olub. 1977-ci il təvəllüdlü Elşad Davıdov bacısını qətlə yetirdikdən sonra Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarına təslim olub. Elşad Davıdov ilkin ifadəsində bacısının keçirdiyi həyat tərzi ilə bağlı ona xəbərdarlıq etdiyini və münaqişənin də bu zaman yarandığını deyib.

BAKU.WS