VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xırdalanda qadın eyvandan yıxılaraq dünyasını dəyişib.

Hadisə şahidlərinin Press.az -a verdiyi məlumata görə Xırdalan ərazisində yerləşən Kristal Abşeron binalarından birində, qadın eyvanda pəncərələri silərkən ehtiyatsızlıqdan yerə yıxılıb.

Heləlik kimliyi bəlli olmayan qadının hadisə yerində dünyasını dəyişdiyi bildirilir.

Əraziyə Polis əməkdaşları cəlb olunub. Hadisənin dəqiq səbəbi araşdırılır.

Şahidlərin göndərdiyi videonu sizlərə təqdim edirik.

BAKU.WS