SİZİN REKLAM BURADA!
055 213 76 73



Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Sumqayıt" və "Neftçi" komandaları arasında keçirilən cavab görüşündə insident baş verib.


BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Sumqayıtda "Kapital Bank Arena"dakı oyunun 43-cü dəqiqəsində qonaqlar hesabı açdıqdan sonra yaşanıb. Meydan sahiblərinin azarkeş qrupu ilə yaxınlıqda əyləşən "Neftçi"nin bir neçə futbolçusu və texniki əməkdaşları arasında mübahisə düşüb. Nəticədə qonaq komandanın nümayəndələri həmin sektoru tərk etməli olublar. Onlar "Neftçi" azarkeşlərinin yer aldığı tribunaya yerləşdiriliblər. 

Qeyd edək ki, ilk hissədən sonra "Neftçi" 1:0 hesabı ilə öndədir. Yeganə qolu Namiq Ələsgərov vurub.

BAKU.WS