VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Türkiyədə azərbaycanlı gənc sevgilisi ilə mübahisə etdikdən sonra özünü maşının altına atıb. 
 
BAKU.WS-in məlumatına görə, hadisə Türkiyənin Kastamonu şəhərində baş verib. Azərbaycan əsilli Zabit H. sevgilisi Qazaxıstan əsilli Ayidə ilə mərkəzi küçələrdən birində qarşılaşıb. Ayid ilə danışmaq istəyən Zabit rədd cavabı aldığı üçün mübahisə başlayıb.
 
Əsəblərini cilovlaya bilməyən Zabit sevgilisinin gözü qarşısında özünü yoldan keçən maşınların qarşısına ataraq intihar etmək istəyib. Yolda tıxac səbəbiylə avtomobilin aşağı sürətlə hərəkət etməsi ola biləcək bir faciənin qarşısını alıb. 

Vətəndaşlar vəziyyəti təcili tibbi yardıma bildirdikdən sonra yüngül yaralanan Zabit yaxınlıqdakı dövlət xəstəxanasına aparılıb. Hadisənin şokunu uzun müddət üzərindən ata bilməyən Ayidə isə gözyaşlarına boğulub. Polis tərəfindən ifadəsi alınması üçün bölməyə aparılan gənc qız Zabitin onu tez-tez narahat etdiyini söyləyib. və ondan şikayətçi olub.
 
Hadisə ilə əlaqədar istintaq başlayıb. 
 
Şahin Həbibov
BAKU.WS