SİZİN REKLAM BURADA!
055 213 76 73



Paytaxtın Nərimanov rayonunda dörd piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.az-ın məlumatına görə, Ağa Nemətulla küçəsində “Hyundai” markalı 90 AV 316 dövlət nömrə nişanlı avtomobil dörd piyadanı vurub, daha sonra “BMW” markalı 10 MO 201 dövlət nömrə nişanlı avtomobilə çırpılıb.

Hadisə nəticəsində ikisi qadın , ikisi kişi olmaqla dörd nəfər piyada ağır xəsarətlər alıb. Onlar təcili olaraq 5 nömrəli xəstəxanaya çatdırılıblar.

Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində xəsarət alan oğlanlardan biri ərazidə fəaliyyət göstərən marketlərdə çalışırmış. Onun lal olduğu deyilir.

Onlardan üçünün kimliyi bəlli olub.

1983-cü il təvəllüdlü Axundova Elnarə kəllə-beyin travması, 1964-cü il təvəllüdlü Zeynalov Sədaqət sağ qamış sümüyünün sınığı, 1965-ci il təvəllüdlü Mirabova Sevinc qapalı kəllə-beyin travması diaqnozu ilə əməliyyata alınıb. Onların vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS