SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə dekabrın 13-də “Koroğlu” stansiyasının girişindəki aptekdən 6330 manat pulun oğurlanması barədə müraciət daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğuruğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ü.Şəmmədzadə qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS