SİZİN REKLAM BURADA!
055 213 76 73



Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, Elvin adlı yerli sakin Qarabağ qəsəbəsindəki küçələrdən birində anası Aybənizə boyun və qarın nahiyələrindən bir neçə bıçaq zərbəsi endirib.

Ağır xəsarət alan qadın xəstəxanaya çatdırılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

Daha əvvəl Bərdə sakini həmyerlisi tərəfindən bıçaqlanıb.

BAKU.WS