SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Vətəndaşlar dövlət kassalarında biletlərin praktik olaraq ikiqat qiymət qalxmasından şikayət edirlər.

BAKU.WS bildirir ki, bu gün Gürcüstanın paytaxtına dəmir yolu biletləri növbəti dəfə bahalaşıb. Vətəndaşlar redaksiyamıza müraciət edərək bildiriblər ki, Gürcüstana qatar biletləri xeyli artıb. Belə ki, plaskart tipli vaqonların qiymətləri 18 manatdan 28 manata qədər yüksəlib. Kupe vaqonlarında getmək üçün biletə 42 manat (daha əvvəl 27-29 manat olub) ödəmək lazım gəlir.

Başqa istiqamətlər üzrə qiymətlərin də artdığı istisna edilmir. BAKU.WS Azərbaycan Mərkəzi Bankının üzən məzənnə rejiminə keçməsindən sonra ölkədə baş verən bahalaşma ilə bağlı mütəmadi olaraq oxuculara məlumat verəcək. 

Tofiq Babayev
BAKU.WS