Qusar rayonu, Samur qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
 
BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, "Toyota" markalı minik avtomobili ilə "T-24" markalı traktor toqquşub. Qəza nəticəsində yanğın hadisəsi baş verib.
 
Yanğın nəticəində hər iki nəqliyyat vasitəsi yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
 
Yanğın saat 22:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

ŞAHİN Həbibov
BAKU.WS