VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı sakininin evindən illərdir əziyyət çəkib hazırladığı qurğu oğurlanıb.

Zərərçəkmiş Tahir Əliyev deyir ki, bir müddət əvvəl prostat vəzi xərçənginin müalicəsi üçün qurğu düzəldib. Həmin qurğunu Günəşli qəsəbəsində yaşadığı evdə saxlayıb. Sonra isə oradan köçərək Nizami rayonu, Əlif Hacıyev 35 ünvanında məskunlaşıb. Köç ərəfəsində yeni ünvana gətirdiyi qurğu bir müddət sonra oğurlanıb.

Zərərçəkən iddia edir ki, həmin qurğunu evində usta işləyən şəxslər oğurlayıb.

Tahir Əliyevin sözlərinə görə, evdə qiymətli məişət əşyalarının olmasına baxmayaraq, onlar oğurlanmayıb.

Zərərçəkmiş artıq məsələ ilə bağlı Nizami rayon 25-ci polis bölməsinə ərizə ilə müraciət edib. Ancaq hələ də qurğunu oğurlayan şəxs və ya şəxsləri tapmaq mümkün olmayıb.

Məsələ ilə bağlı polis bölməsindən bildirildi ki, faktla bağlı toplanan sənədlər rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Hazırda qurğunu oğurlayan şəxslərin araşdırmaları davam etdirilir.

Qeyd edək ki,Tahir Əliyev iddia edir ki, onun bu qurğusu prostat vəzi xərçəngini yox etmək gücünə malikdir. O, qurğusuna patent almaq üçün hələ bir müddət bundan əvvəl aidiyyati qurumlara müraciət də edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS