SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün səhər saatlarında Nərimanov rayonu ərazisində piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.


Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Verilən məlumata görə, qəza Dərnəgül yolunda, “SOCAR”ın keçidi adlanan ərazidə baş verib.


Düz piyadanın altından orta yaşlı qadın maşın yolunu keçməyə cəhd edib. Nəticədə “Mercedes” markalı avtomobil keçidin altından yolu keçməyə cəhd edən qadını vurub. Qadın hadisə yerində ölüb.


Əraziyə polis cəlb olunub.


Ziya SƏCCAD
BAKU.WS