VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Salyanda evdən 2 min manatlıq qızıl oğurlanıb.


Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, bu barədə Salyan rayon Polis Şöbəsinə məlumat daxil olub.


Daxil olan məlumat əsasında şöbənin əməkdaşları tərəfindən dekabrın 5-də rayon ərazisindəki evlərin birindən 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin qohumu, Əşrəf Hüseynov saxlanılıb.


Araşdırmalar zamanı məlum olub ki, Əşrəf Hüseynov əvvəllər də məhkumluq həyatı yaşayıb.


Faktla bağlı araşdırma aparılır.


BAKU.WS