VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda peşə liseylərinin birində müəllimlə şagird mübahisə edib. Həmin anların görüntüsü dərsdə olan digər şagirdlərin biri tərəfindən çəkilib. Əməkdaşlarımız sərt mübahisənin baş verməsinin səbəblərini araşdırıb. Müəllim deyib ki, uşaqlar sinifdə səs salıb, hətta stolların üzərinə çıxıblar.

Müəllimlə şagird arasında mübahisə yaranıb.

Dərsdə səs salmamalarını tələb edən müəllimlə şagirdin mübahisə bundan sonra daha da böyüyüb.

Xoşagəlməz kadrlar sinifdə olan şagirdlərin biri tərəfindən çəkilib. Biz də bu görüntülərin izinə düşdük və hadisənin hansı təhsil ocağında yaşandığını araşdırdıq. Məlum oldu ki, sözügedən kadrlar 12 nömrəli Bakı Peşə Liseyndə çəkilib.

Araşdırma zamanı məlum oldu ki, hadisə peşə liseyndə 307 nömrəli qurupda təhsil alanşagird Elvin Xəlilov ilə liseyn istehsalat-təlim ustası Oktay Allahverdiyev arasında yaşanıb. Səbəb sinifdə uşaqların səs salması olub. Elvin Xəlilov iddia edir ki, mübahisə zamanı Oktay Allahverdiyev hətta onu vurub.

Şagirdin bu iddialarından sonra adı hallanan Oktay Allahverdiyevlə də görüşdük. O, isə bildirdi ki, dərs başlayan kimi şagirdlər səs salmağa başlayıb. Bundan sonra o şagirdə yaxınlaşaraq səs salmamasını istəyib. Ancaq onu vurmayıb.

Məsələ ilə bağlı Liseyn Tərbiyə işləri üzrə direktor müavini Səməd Nəbiyev isə bildirdi ki, məlum videodakı hadisədən bu günə qədər ümumiyyətlə məlumatsız olublar. Direktor müavini onu da bildirdi ki, həmin qurup liseyin problemi qurupu hesab olunur. Orda oxuyan şagirdlərin dərs zamanı nizam-intizam qaydalarını pozmaları haqda bir neçə dəfə aidiyyatı qurumlara da məlumat verilib.

Qeyd edək ki, videogörüntününn oktyabr ayının sonunda çəkildiyi bildirilir.

BAKU.WS