VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakının Suraxanı rayonunda ailə quran gənclər isə dəm qazı boğulmasından xilas edilib.

ARB TV xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsinə Yeni Günəşli qəsəbəsində qonşu mərtəbədə yerləşən mənzilə su axması və içəridən xırıltı səslərinin gəlməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə yollanan sahə inspektoru polis kapitanı Nazim Əzizov və əməliyyat müvəkkili polis leytenantı Pünhan Mehdiyev evdə olan şəxslərin dəm qazından zəhərlənməsini müəyyən ediblər. Polislər qonşuların iştirakı ilə ikinci mərtəbədə yerləşən mənzilin eyvanındakı pəncərəni qıraraq içəri daxil olublar. Toğrul Hidayətzadə və onun həyat yoldaşı Aysel halsız vəziyyətdə aşkar edilib. Təcili tibbi yardım gələnə qədər polis əməkdaşı Əzizov dəm qazından zəhərlənən şəxslərə süni nəfəs verərək onları həyata qaytarmağa nail olub.

Nazim Əzizov – 33-cü PB-nin sahə inspektoru: “Pəncərədən içəri daxil oldum. Hiss etdik ki, içəridə qazdan boğulma var. Hamam su ilə dolu idi. İki gənc yerdə uzanıqlı vəziyyətdə idi. Dərhal həmin şəxsləri çölə çıxartdım. Pəncərələri açıb, onlara süni nəfəs verdim”.

Hər iki zərərçəkən 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya Şöbəsinə yerləşdirilib. Artıq onların həyatına heç bir təhlükə yoxdur. Onlar özlərini normal hiss edirlər.

Toğrul Hidayətzadə - Zərərçəkən: “Noyabr ayının 25-də ailə qurmuşuq. Yoldaşım ayın birindən ikisinə keçən gecə duş qəbul edib çıxandan sonra bildirdi ki, ürəyi bulanır, qaytardı. Gördüm vəziyyəti yaxşı deyil, getdim yanına ki, onu çıxarım. Elə bu zaman mənim ürəyim getdi. Nazim və Pünhan müəllim sağ olsunlar köməklik göstədilər. Onların timsalında bütün Azərbaycan polisinə minnətdarlığımı bildirirəm”.

Rəfael Hidayətzadə - Zərərçəkənin atası: “Ömrüm boyu onlara minnətdaram. DİN-nə belə qəhrəman, cəsartəli, igid polis əməkdaşlar yetişdirdikləri üçün təşəkkür edirəm”.

BAKU.WS