VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İki gün əvvəl Qusarda baş vermiş güllələnmə hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb.


BAKU.WS “publika.az”a istinadən xəbər verir ki, Qusara getmiş Sabirabad rayon sakini Zahid Əsgərov (ad şərtidir) qısqanclıq zəminində güllələnib. Belə ki, Z.Əsgərov bir müddət əvvəl internetdə qadınla tanış olub.


Quba rayonunda yaşayan qadınla Sabirabad sakininin arasında isti münasibətlər yaranıb və onlar görüşmək barədə razılaşıblar. Ailəli olan qadın internetdə tanış olduğu şəxsə Qusarda görüşməyi təklif edib.


Bundan sonra Z.Əsgərov Sabirabaddan Qusara yola düşüb, qadın da Qubadan Qusara gəlib. Onlar görüşən kimi qadının əri Əhməd Qadimov (ad şərtidir) yaxınlaşaraq arvadının sevgilisinə atəş açıb.


Məlum olub ki, qadının əri həyat yoldaşının başqa kişi ilə yazışdığını əvvəlcə bilib və onları tələyə salıb. Ə.Qədimov tutulub.


Faktla bağlı araşdırmalar davam etdirilir.


BAKU.WS