SİZİN REKLAM BURADA!
055 213 76 73




Ermənistan ordusuna məxsus hücum təyyarəsi qəzaya uğrayıb.


BAKU.WS “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məlumat yayıb.


Onun sözlərinə görə, bu gün Ermənistan vaxtı ilə saat 09:20-də təlim zamanı “Su-25” hücum təyyarəsi radardan itib. Sonradan onun qəzaya uğradığı məlum olub. Qəza zamanı 2 pilot ölüb.


“Hadisə zamanı “Su-25” təyyarəsinin ekipaj üzvləri podpolkovnik Armen Babayan və mayor Movses Manukyan ölüb”, - Artsrun Ovannisyan “Facebook” səhifəsində yazıb.


Ziya SƏCCAD
BAKU.WS