VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Son vaxtlar Bakı şəhərinin müxtəlif küçə və prospektlərində minik avtomobilləri yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar.


Onlar sərnişindaşıma xidməti göstərən daşıyıcıların fəaliyyətinə mane olur, ictimai nəqliyyat vasitəsi olan sərnişin avtobuslarının yolunda təhlükəli vəziyyət yaradırlar.


Bu barədə sərnişindaşıma ilə məşğul olan ”Xaliq Faiqoğlu” şirkəti Bakı sakinlərinə və sürücülərə müraciət edib.


BAKU.WS xəbər verir ki, şirkət rəhbərliyi sürücüləri yol-hərəkəti qaydalarını pozmamağa, idarə etdikləri nəqliyyat vasitələri ilə avtobusların hərəkətinə mane olmamağı və qəza şəraiti yaratmamağa çağırır.

Belə ki, 2018-ci ilin yanvar-oktyabr ayları üzrə şirkətin istismarında olan avtobusların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin statistikasına nəzər yetirdikdə 85-90% hallarda qəzaların baş verməsinə səbəb məhz qarşı tərəf, yəni minik avtomobilləri olub. Nəticədə şirkətə və icbari sığorta təşkilatlarına külli miqdarda ziyan dəyib.


Hadisələr nəticəsində zərərlilik əmsalı yüksəlmişdir. Məhz bu hadisələr səbəbindən bəzi sığorta şirkətləri ictimai nəqliyyat vasitələrini sığortalamaqdan imtina edib.


Qəzaların video görüntüləri şirkət tərəfindən arxivləşdirilib. Onlardan bəzilərini təqdim edirik.


Ziya SƏCCAD
BAKU.WS