VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda gecə klubunda qanlı hadisə törətməkdə təqsirləndirilən Müzəffər Sərxanbəyovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Sərxanbəyov 6 il azadlıqdan məhrum edilib.

İttihama görə, Müzəffər Sərxanbəyov bu ilin may ayında Bakıda Bülbül prospektində yerləşən gecə klublarından birində əyləndikdən sonra tanımadığı şəxslərlə mübahisə edib və həmin şəxsi bıçaqlayıb.

O, Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə ittiham edilib.

BAKU.WS