VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Səhər saatlarında paytaxtın Neftçilər prospektində ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, Abdullayev Natiq Əliağa oğluna məxsus “Hyundai” markalı, 99 NU 793 nömrəli avtomobil yolu keçmək istəyən üç piyadanı vurub.

Piyadaların biri elə hadisə yerindəcə dünyasını dəyişib.

Digər iki nəfər isə bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Piyadaların şəxsiyyətləri məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

BAKU.WS