VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində avtomobillərdən çoxsaylı oğurluqlar edən şəxslərə qarşı kompleks əməliyyat tədbiri həyata keçirilib.

ARB TV xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakinləri Ceyhun Ələkbərov və Şükran Xələfov saxlanılıblar. Saxlanılan şəxslərin ətraflarında keçirilən əməliyyat tədbiri nəticəsində onların Sumqayıt şəhərində ayrı-ayrı vaxtlarda 14 avtomobildən maqnitofon, səs gücləndirici, akumlyator və maşınların salonlarında olan digər qiymətli əşyalar oğurladıqları məlum olub.

Ceyhun Ələkbərov – Saxlanılan şəxs: “Şükranla birgə, 9-cu mikrorayondan Çin istehsalı maqnitafon, “zapazka”, akumlyator, 8 ədəd maqnitofon aparmışıq. “Şərq bazarı” tərəfdə, Şəki restoranının yaxınlığından akumlyator aparmışıq. Təqribi 10-a yaxın maşın açmışıq”.

Şükran Xəlifov – Saxlanılan şəxs: “10-cu mikrorayondan bir ədəd “KİA Sportage”-dan 20 manat pul, “06”-nın monitorunu götürmüşəm. Pulu xərclədim, monitoru da satdım”.

İdarə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat nəticəsində avtomobillərdən oğurluq edən daha iki nəfər - Sumqayət şəhər sakinləri Rauf Əliyev və Cavid Səyadzadə saxlanılıblar. Bu iki şəxsin şəhər ərazisində 5 nəqliyyat vasitəsindən oğurluq etdyi məlum olub. Saxlanılan şəxslər ifadələrində əsasən qapıları açıq vəziyyətdə saxlanılan avtomobillərdən oğurluq etdiklərini bildiriblər.

Rauf Əliyev - Saxlanılan şəxs: “Maşınla ustaların əşya bazarına getdim. Maşından düşdüm, bir-bir maşınları yoxladım. Açıq olanların maqnitofonlarını götürüb getdim. “07”nin qapısı açıq idi, yiyəsi ustanın yanında idi. İçərisindən 71-50 maqnitafonu götürdüm. İki gün sonra da həmin yerə gedib “troykadan” götürmüşəm”.

Cavid Səyadzadə - saxlanılan şəxs: “Avtovağzal ərazisindən içərisində 10 manat qəpik olub, onu götürdüm. Qəpik də olsa, 10 manatdır da. Sonra bir oğlan gəldi, yemək yeyirdi, telefonu yadından çıxdı, mən də götürdüm. Pul lazım idi, aparıb Bakıda 40 manata satdım. “07” xarab idi. Akumlyatoru işləmirdi, dəyər-dəyməzə satdım”.

Qeyd olunan faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar və əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyi nəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırır ki, xüsusilə havanın qaranlıq vaxtı avtomobillərini parklayarkən, o cümlədən qısa müddətdə tərk edərkən, eləcə də, avtoyuma yerlərində və təmir sexlərində saxlayarkən salonda nəzarətsiz qalan qiymətli əşyalar, sənədlər bəzi zəif iradəli, kriminala meylli şəxslər tərəfindən oğurlana bilər.

Belə halların qarşısının alınması üçün sürücülərə tövsiyə olunur ki, pul, telefon və digər qiymətli əşyaları, şəxsi sənədləri avtomobili tərk edərkən özləri ilə götürsünlər və mümkün qədər nəqliyyat vasitələrini diqqətdən və nəzarətdən kənar ərazilərdə deyil, Təhlükəsiz Şəhər kameralarının əhatə və görüntü dairəsində saxlasınlar.

BAKU.WS