055 213 76 73
Goranboy rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, noyabrın 24-də saat 8 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində rayon sakini Cümşüd Qurbanov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Heydər Allahverdiyevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Goranboy rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.
BAKU.WS