VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Saatlı rayonunda kriminal avtoritet Oktay Əkbərovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

“Report”un xəbərinə görə, bu, O.Əkbərovun qardaşı oğlu 22 yaşlı Saleh Əkbərovdur.

S.Əkbərovdan hadisə zamanı istifadə etdiyi ov tüfəngi aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Xatırladaq ki, dünən rayonun Azadakənd kəndində kriminal avtoritet kimi tanınan 1967-ci il təvəllüdlü Əkbərov Oktay Saleh oğlunun başında 2 güllə yarası olan meyiti ona məxsus BMW markalı avtomobildə aşkar edilib.

BAKU.WS