VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Albalan kəndi ərazisində idarəetməni itirən "Chevrolet" markalı minik avtomobili yaxınlığındakı su kanalına düşüb.

Hadisə nəticəsində Sadatlı kənd sakinləri - 1958-ci il təvəllüdlü sürücü Eynullayev Təvəkkül Mehdi oğlu və 1991-ci il təvəllüdlü sərnişin Eynullayev Sahib Sabir oğlu xəsarət alıb. Yaralılara xəstəxanada müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Samux rayonunda yol qəzası baş verib.

BAKU.WS