SİZİN REKLAM BURADA!
055 213 76 73



Xırdalanda AAAF Park Yaşayış Kompleksində bir neçə evdə tüstülənmə baş verib.

BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə B kompleksi Bina 5-də baş vermiş qısa qapanma nəticəsində yaşanıb. İnsidentə səbəb kompleks ərazisindəki qazanxananın işə salınması zamanı işıq xətlərinin üzərinə su tökülməsidir.

Hadisə yerinə xeyli sayda yanğınsöndürən və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Bina sakinləri təxliyə edilir.

BAKU.WS