Məlum olduğu kimi, hər noyabr ayının son cümə günü dünyada "Qara Cümə" ("Black Friday”) adı ilə mağazalarda endirimli satışlar təşkil olunur.


Ötən gün də ABŞ-da mağazada bütün mallar maya dəyərindən dəfələrlə aşağı qiymətə satılıb.


BAKU.WS xəbər verir ki, bu endirimdən faydalanmaq istəyən insanlar kütləvi şəkildə həmin mağazaya axın ediblər.


Mağazada müştərilər arasında əlbəyaxa dava düşüb. Dava qadınlar arasında baş verib. Məsələyə polis müdaxilə edib.


Bildirilir ki, bir neçə qadın polis tərəfində saxlanılıb və izahatları alındıqdan sonra sərbəst buraxılıblar.


Cavid Babayev
BAKU.WS








TƏCİLİ KREDİT SİFARİŞLƏRİ