VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən gün sosial şəbəkələrdə yayılan bir video böyük müzakirələrə və mübahisələrə səbəb olub.


BAKU.WS xəbər verir ki, yayılan video İngiltərədə yaşayan 45 yaşlı Şaron Bulmanın evində qoyduğu gizli kamera vasitəsilə çəkilib.


Şaron bildirib ki, hər dəfə evdə olmadıqda, kiminsə onun əşyalarını qarışdırdığını görüb. Axırda məsələyə aydınlıq gətirmək qərarına gəliblər. Bu səbəbdən də evə gizlin kamera yerləşdirilib.


Kameraya onların qonşusu Stiv Gil düşüb. Onun evə gizli girdiyi və qadının alt paltarları qoyulan dolabı açdığı görünür. Kişi qadının alt paltarlarını götürüb və seksual xarakterli hərəkətlər edib.


Həmin video dünya mətbuatında və sosial şəbəkələrdə sürətlə yayılıb. Çoxu həmin manyakın ruhu xəstə olduğunu və dərhal cəzalanmalı olduğunu yazıb.


Bəziləri isə həmin videonun yayılmasına görə qadını tənqid ediblər. Bildiriblər ki, onun görüntülərini yaymaqdansa, polisə şikayət etsə daha yaxşı olar.


Şaron Bulman da polisə şikayət edib. Qadının şikayəti əsasında manyak Stiv saxlanılıb. Dindirilmə zamanı manyak qonşu qadına heyran olduğunu bildirib və onun alt paltarından həzz aldığını deyib.


Faktla bağlı araşdırmalar davam edir.


Cavid Babayev
BAKU.WS