SİZİN REKLAM BURADA!
055 213 76 73



Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 114 cinayət faktı qeydə alınıb.


Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, həmin cinayətlərdən 18-i “isti izlər”lə açılıb.


Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.


Axtarışda olduğuna görə ümumilikdə 70 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölmüş, 5 nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.


BAKU.WS