SİZİN REKLAM BURADA!
055 213 76 73



Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində növbəti tədbir keçirilib.


DİN Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə ardıcıl uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

Belə ki, Hacıqabul rayonu Meyniman kənd sakini Fətulla Məmişov qanunsuz olaraq odlu silah saxlamaqda şübəli bilindiyi üçün saxlanılıb. Onun həyətyani sahəsinə baxış keçirilən zaman yarımtikilidə 1 ədəd “BUM” markalı ov silahı aşkar edilərək götürülüb.Hacıqabul RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində Hacıqabul rayon sakini Əliyusif Rəsulovdan 1 ədəd “TULA” markalı ov silahı aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.

BAKU.WS