SİZİN REKLAM BURADA!
055 213 76 73



Paytaxtda fəhlə iş zamanı yıxılaraq xəsarət alıb.

BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda binanın fasadında təmir işləri zamanı 1 nəfərin hündürlükdən yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri qeyd olunan ünvana cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, 1993-cü il təvəllüdlü Yolçuyev Nemət İlqar oğlu 5-ci mərtəbədən yıxılaraq piyadaların təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş taxta konstruksiyanın üzərinə düşərək xəsarət alıb. Xilasetmə tədbirləri nəticəsində N.Yolçuyev taxta konstruksiyadan düşürülüb və aidiyyəti üzrə təhvil verilib.

BAKU.WS