SİZİN REKLAM BURADA!
055 213 76 73



UEFA Millətlər Liqası turnirinin qrup mərhələsində Azərbaycan milli komandası son oyununu keçirib.

BAKU.WS xəbər verir ki, Priştina şəhərindəki Fadil Vokkri stadionunda Kosovo millisi ilə qarşılaşan millimiz 0:4 hesabı ilə məğlub olub. Yığma komandamızın qapısından qolları Zeneli (het-trik) və Rrahmani keçiriblər.

Bu məğlubiyyətdən sonra Azərbaycan millisi 8 xalla qrupda ikinci pilləni tutub. Kosovo yığması isə 14 xal toplayaraq qrupu birinci pillədə tamamlayıb və pley-offa vəsiqə qazanıb.

BAKU.WS