SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı-Sumqayıt yolunda qəza baş verib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə yolun Abşeron rayonu ərazisində, Gənclər şəhərciyinin yaxınlığından keçən hissəsində baş verib. 02-BK-603 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil Sumqayıt istiqamətində hərəkətdə olarkən yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən piyadanı vurub.

Piyada hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə yol polisləri cəlb olunub.

Hadisə nəticəsində yolda böyük tıxac yaranıb.

BAKU.WS