SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda qəbirqazan kişi məzarlıqda ölüb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.

Qəsəbə ərazisindəki "Seyidlər" qəbiristanlığında Qənbər Mirsaqulu oğlu Rzayev qəbir qazan zaman özünü pis hiss edib.

Yanındakı şəxslərə özünü pis hiss etdiyini deyən Q.Rzayev bir neçə dəqiqə sonra ölüb.

Meyit müayinə olunub və üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

BAKU.WS